Mən Pİlotam

"Mən Pilotam" Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə həyata keçirdiyi Dron İstehsalı, Tədrisi və Yarışmasından ibarət proqramdır.

Dronun uşaqlara öyrətdikləri

Aerodinamika
Dronlar uçmaq üçün xüsusi aerodinamika tələb edir. Propellerlərin(pərvanələrin) dönmə şəkli, dronun 3 ölçülü fəzada dönmə və ya hərəkət etmə şəklini dəyişdirir. Dronun manevredilməsi təcrübə və aerodinamikanın başa düşülməsini tələb edir.

İdrakın İnkişafı və Tənqidi Düşünmə
Dronu açıq və ya qapalı yerlərdə uçurmağın fərqi yoxdur. Uçuş modellərində və ya mühitlərdəki dəyişikliklərə reaksiyavermə, uşaqların idraki fikiryürütmə bacarıqlarını inkişaf etməyə imkan verir, səbəb və təsir arasındakı əlaqəni daha yaxşı başa düşəcəklər. Həmçinin, stress altında sürətli qərarlar qəbul etməyə daha yaxşı hazırlıqlı olacaqlar.

Kodlaşdırmaya və Elektronikaya Giriş
İlk öncə uşağınız uzaqdan idarəetmə ilə dronun uçurulmasında yaxşıdırsa, daha yüksək səviyyələrdə dronun uçurulmasının qavranılmasına başlayabiləcəklər .Onlar dronların spesifik modellərdə uçurulması üçün kodlaşdırmanı və proqramlaşdırmanı öyrənə və dronun hazırlandığı daxili elektronik ailə ilə yaxından tanış ola biləcəklər.

Daha Çox

İnnovasİyaya Gedən Yol

Dron İstehsalı, Tədrisi və Yarışması proqramı, AREA (Azərbaycan Robotexnika və Mühəndislik Akademiyası) tərəfindən həyata keçirilmişdir. AREA komandası tərəfindən Pilotlarına daha yüksək keyfiyətdə xidmət göstərmək üçün inkişaf etdirlimişdir.

İstehsal

8.5*8.5 sm ölçüsündə olan Mini Dron 30 metrə qədər məsafədən idarə oluna bilir, enerji batareyasız 17q çəkiyə malikdir. Dronlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ROBOPARK texnologiya parkında həyata keçirilməsi hədəflənib.

Tədris

Mən Pilotam Proqramının tədrisi Sentyabr ayından etibarən özəl və dövlət məktəblərində 7-12 yaşlı şagirdlərə dərsdən kənar dərnək kimi tədrisinə başlanılıb. Həm istehsal edilən Dronların həmdə tədris vəsaitlərinin MDB ölkələrinə və avropa ölkələrinə MADEİNAZERBAİJAN brendi altında genişləndirilməsi nəzərdə tutulur.

Yarışma

Dünya Dron Olimpiadası Azərbaycan Koreya və Türkiyənin ortaqlığı ilə ilk öncə öz öllkələrində yarışma keçirdib qalib gələn şagirdləri hər il növbə ilə 2019 SEOUL, 2020 BAKI, 2021 İSTANBUL olmaqla yarışmanı genişləndirməyi nəzərdə tutulur. Yarışma I am Pilotistehsal və tədris vəsaitlərindən istifadə edərək digər ölkələrdən də məktəblilərin bu yarışmada iştırakını təmin etməyi hədəfləyir.

Azərbaycan İstehsalı Dron

8.5*8.5 sm ölçüsündə olan Mini Dron 30 metrə qədər məsafədən idarə oluna bilir, enerji batareyasız 17q çəkiyə malikdir.

6 oxlu gyro

Pulse Inner
Pulses

Başsız Mod

Pulse Inner
Pulses

2.4 GHz

Pulse Inner
Pulses

360 dərəcə dönüş

Pulse Inner
Pulses

Pİlotlarımız

Hazırda Bakı və Sumqayıtın tədris müəssisələrindən 65 şagird "Mən Pİlotam" proqramında Dronların təhlükəsizliyi hissələri quraşdırılması və uçurdulması üzrə təlimləri davam edir.

Dünya Dron Olİmpİadası

Müsabiqənin məqsədi digər ölkələrdən olan tələbələrin "Mən Pilotam" adlı istehsal və tədris materiallarından da faydalanmasını təmin etməkdir.

Dron Futbol

Pilotlar görülmüş ən kreativ yolla futbol oynayacaqlar. Əsas məqsəd rəqibindən daha çox qolun vurulmasıdır.

PDF Yüklə

Dron Yarış

Uçan obyektlərin yarışı qulağa xoş gəlir. Əsas məqsəd sensorların üzərindən ötüb bayrağı qaldıran ən sürətli pilot olmaqdır.

PDF Yüklə

Dron Maneəni Dəfetmə

Bir pilotun üzləşə biləcəyi ən böyük maneə burada olacaq. Məqsəd limitli müddətdə ən çox xalın toplanmasıdır.

PDF Yüklə
Play Button

Bizim Uğura Gedən Yolumuza Qısa Nəzər Yetirmək üçün
Klik Edin

Sentyabr 2018-də başlayan hazırlıqlar qısa müddətdə uğurla başa çatdı. Həm tədris proqramımız, həm də yarışma formatımız bütün texnologiya sevərlərin diqqətini toplamağı bacarıb.

Kömək Etməyə Hazırıq

Yetəri qədər məlumatı olmayanlar, dərslərimizdə iştirak etmək istəyənlər və ya yarışma ilə hər hansı bir çətinliyi olanlar bizimlə əlaqə saxlamaqdan çəkinməyin.